...

DSMF-nin xərclərində artım əsasən əmək pensiyaları ilə bağlı olacaq

İqtisadiyyat Materials 2 Noyabr 2022 14:32 (UTC +04:00)
DSMF-nin xərclərində artım əsasən əmək pensiyaları ilə bağlı olacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərində artım əsasən əmək pensiyalarının maliyyələşdirilməsi üzrə proqnozlaşdırılıb ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün əsaslı maliyyə zəminini formalaşdırır.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir.

Qeyd edilib ki, növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər tutulmaqla cari ilin təsdiq edilmiş proqnoz göstəricisindən 657,7 mln. manat və ya 11,7%, gözlənilən icrasından isə 927,3 mln. manat və ya 17,4% çox nəzərdə tutulub.

Ümumilikdə növbəti il Fondun cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır. 2022-ci il üzrə isə bu xərclər 5 milyard 606,27 milyon manat proqnozlaşdırlıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti