...

Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

İqtisadiyyat Materials 4 Noyabr 2022 11:40 (UTC +04:00)
Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabr ayında 130 min 978 nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb.

Bu barədə cümə günü Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, onların 101 min 839 nəfəri yaşa, 14 min 839 nəfəri əlilliyə, 14 min 300 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.

Xatırladaq ki, xüsusi şərtlərlə pensiyanın orta aylıq məbləği bu il üçün 726 manat təşkil edib. Gələn ilə pensiya hesablanması belə olacaq: 723 + 10%-lik aylıq əlavə * 15% = 918,4 manat. Deməli bu il xüsusi şərtlərlə 726 manat alan pensiyaçı bu indeksasiyalar tətbiq olunandan sonra gələn il 918,4 manat alacaqdır. Başqa sözlə onun pensiyası 192,4 manat artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti