...

Azad edilmiş ərazilərin bərpası və məşğulluq imkanlarının artırılması büdcədə əsas prioritetlərdəndir - Samir Şərifov

İqtisadiyyat Materials 10 Noyabr 2022 14:24 (UTC +04:00)
Azad edilmiş ərazilərin bərpası və məşğulluq imkanlarının artırılması büdcədə əsas prioritetlərdəndir - Samir Şərifov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərin bərpası, vətəndaşların öz yurdlarına geri qaytarılmasına şərait yaradılması, həmin ərazilərdə məşğulluq imkanlarının artırılması dövlət büdcəsində əsas prioritetlərdən biridir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

Nazir bildirib ki, müdafiə qabiliyyətinin artırılması, sərhədlərimizin qorunması da ən ümdə məsələlərdən biridir. “Ortamüddətli planlarda bu istiqamətlər üstünlük təşkil edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti