...

Büdcədən xərcləri artırarkən kifayət qədər ehtiyatlı olmalıyıq - Samir Şərifov

İqtisadiyyat Materials 11 Noyabr 2022 13:48 (UTC +04:00)
Büdcədən xərcləri artırarkən kifayət qədər ehtiyatlı olmalıyıq - Samir Şərifov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Büdcədən xərcləri artırarkən biz kifayət qədər ehtiyatlı olmalıyıq. Bu gün bütün dünyada yüksək infilyasiya yaşanır. Ona görə də hökumət maraqlıdır ki, ölkədə inflyasiya azalsın.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların müəyyən xərclərin artırılması ilə bağlı təkliflərinə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, yüksək inflyasiya əhalinin gəlirlərinin azalmasını və alıcılıq qabiliyyətinin zəifləməsini şərtləndirən amildir. “Ona görə də neft və qaz qiymətlərinin dünya bazarında artımlarından gələn gəliri inflyasiya nəticəsində yaranan əlavə xərclərin ödənilməsinə yönəltmək zərurəti yaranıb”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti