...

İlin on ayı ərzində manatın məzənnəsi 9.2 faiz bahalaşıb - Mərkəzi Bankın sədri

İqtisadiyyat Materials 16 Noyabr 2022 16:27 (UTC +04:00)
İlin on ayı ərzində manatın məzənnəsi 9.2 faiz bahalaşıb - Mərkəzi Bankın sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin on ayı ərzində manatın məzənnəsi 9.2 faiz bahalaşıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov noyabrın 16-da Milli Məclisin plenar iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.

T.Kazımov vurğulayıb ki, Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq və bu sabitliyin təmin edilməsi üçün əlindən gələni edəcək.

O qeyd edib ki, məzənnə rejimi bizim pul siyasətimizin bir çərçivəsidir.

“Qiymət sabitliyinin təmin olunması üçün hər hansı bir rejim tələb olunacaqsa, Mərkəzi Bank, sözsüz ki, hökumətlə koordinasiya edərək o rejimi tətbiq edəcək. O ki qaldı məzənnə sabitliyinə, düşünürük ki, bu, bugünkü makroiqtisadi sabitlik üçün ən əlverişli rejimdir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti