...

Nəqliyyat yollarının inkişafı bizim üçün öndə gələn məsələdir - Rəşad Nəbiyev

İqtisadiyyat Materials 10 Mart 2023 15:28 (UTC +04:00)
Nəqliyyat yollarının inkişafı bizim üçün öndə gələn məsələdir - Rəşad Nəbiyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyat yollarının inkişafı bizim üçün öndə gələn məsələdir.

Trend-in məlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu barədə X Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclası zamanı deyib.

O qeyd edib ki, tərəfdaşları ilə çox effektiv şəkildə işləyirlər.

“Son illər ərzində effektivliyin artmağına da nail olduq. Zəngəzur dəhlizi əlavə potensial verəcək. Son dövr ərzində azad edilən ərazilərdə iki beynəlxalq hava limanı tikildi”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti