...

Enerji transformasiyası Azərbaycanı xüsusi ölkə edir - Frensis О’Donel

İqtisadiyyat Materials 10 Mart 2023 17:28 (UTC +04:00)
Enerji transformasiyası Azərbaycanı xüsusi ölkə edir - Frensis  О’Donel
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın mühüm neft-qaz ehtiyatlarına malik olmasına baxmayaraq, rəsmi Bakı yaşıl enerjinin inkişafı və dayanıqlı inkişaf kursunu başladıb və bu Azərbaycanı xüsusi ölkə edir.

Bu barədə Trend-ə BMT-nin Ukraynadakı keçmiş daimi əlaqələndiricisi Frensis О’Donel X Qlobal Bakı Forumunun kuluarlarında deyib.

О’Donel Azərbaycan modelinin ənənəvi mənbələrdən enerji ixrac edən digər ölkələr üçün də nümunə kimi çıxış etməli olduğunu əlavə edib.

Siyasi amillər nöqteyi-nəzərindən Azərbaycan öz mövqeyini Qoşulmama Hərəkatının (QH) transformasiyasına verdiyi töhfə sayəsində möhkəmlədib.

"Qoşulmama Hərəkatının transformasiyası çox mühüm faktordur. Dünya insanların yeni soyuq müharibə adlandırdıqları hadisə ilə yenidən parçalandığı bir vaxtda təşkilat olaraq Hərəkata ehtiyac duyur. Yeni dünya nizamının qurulmasında BMT-də təmsil olunan ölkələrin çoxluğunu təşkil edən QH üzv ölkələrinin səslərinin eşidilərək diqqətə alınması çox vacibdir", - müsahib qeyd edib.

О’Donel BMT-nin transformasiyası haqqında müzakirələrin vacibliyini qeyd edərək QH ölkələrinin bu prosesdə oynaya biləcəkləri rolu vurğulayıb.

Diplomat, həmçinin, Azərbaycanın siyasi rəhbərliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aparılan böyük işlərin müasir dünyanın mühüm məsələləri haqqında fikir mübadiləsinin platforması qismində Qlobal Bakı Forumunun diqqət cəlb etməsinə səbəb olduğunu qeyd edib.

Qeyd edək ki, martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti