...

UNEC ilə “Ernst & Young Azerbaijan” (EY) arasında əməkdaşlıq memorandumu imzalandı

İqtisadiyyat Materials 13 Mart 2023 14:43 (UTC +04:00)
UNEC ilə “Ernst & Young Azerbaijan” (EY) arasında əməkdaşlıq memorandumu imzalandı

Bakı. Trend:

UNEC ilə “Ernst & Young Azerbaijan” (EY) arasında əməkdaşlıq memorandumu imzalanıb.

UNEC rektoru, professor Ədalət Muradov və “EY Azerbaijan”ın rəhbəri İlqar Vəliyev arasında imzalanan sənədin məqsədi tərəflər arasında əməkdaşlığın səmərəliliyini, eləcə də tələbələrin praktiki vərdişlərinin formalaşmasında EY şirkətinin töhvəsini artırmaq olub.

Memorandumda birgə təlim və seminarların təşkili, müvafiq ixtisaslaşma, təkmilləşdirmə və ikinci ixtisas proqramlarının hazırlanması, tələbələrin “EY Azerbaijan”da istehsalat və sahə təcrübəsi keçməsi, tədqiqatlara metodoloji yardım göstərilməsi, birgə biznes layihələrin hazırlanması, sahibkarlıq subyektləri ilə görüşlər təşkili, maliyyə mənbələri və qeyri-neft sektorları üzrə məlumat mübadiləsi, magistr və fəlsəfə doktoru dissertasiyaları üçün mövzular sifariş etmək və s. istiqamətdə əməkdaşlıq nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti