...

Ötən il Azərbaycanla Türk Dövlətləri Təşkilatı arasında ticarət dövriyyəsi 9 milyard manat olub

İqtisadiyyat Materials 7 Mart 2024 11:44 (UTC +04:00)
Ötən il Azərbaycanla Türk Dövlətləri Təşkilatı arasında ticarət dövriyyəsi 9 milyard manat olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Türk Dövlətləri Təşkilatı arasında ticarət dövriyyəsinin həcmi 2023-cü ildə 9 milyard manat olub.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.

O bildirib ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış anlaşma ilə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası hazırda Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyətini davam etdirir.

“Təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Müşahidəçi statusunda dövlətlər isə Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cumhuriyyətidir.

Ticarətin asanlaşdırılması üzrə strategiya sənədi TDT çərçivəsində ticarət əlaqələrinin inkişafına və biznes mühitinə müsbət təsir göstərəcək.

TDT-nin ticarətin asanlaşdırılması strategiya sənədinin icrası ilə bağlı tədbirlər planının hazırlanması məqsədilə bir sıra istiqamətlər müəyyənləşdirilib: regional ticarət sazişlərinin təşviqi, ticarətin asanlaşdırılması fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi, ticarət əməliyyatlarının rəqəmsallaşdırılması. TDT çərçivəsində fəaliyyət, cari mühit və gələcək çağırışlar ölkə üçün olduqca əhəmiyyətlidir”, - deyə nazir müavini əlavə edib.

Xəbər lenti

Xəbər lenti