...

Azərbaycanda Qiymətləndiricilər Palatası yaradılıb, sədr seçilib (ÖZƏL)

İqtisadiyyat Materials 11 Dekabr 2024 20:56 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Qiymətləndiricilər Palatası yaradılıb.

Trend-in əldə etdiyi məlumata görə, Palata noyabrın 30-da təsis edilib.

Bildirilib ki, Qiymətləndiricilər Palatası “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən yaradılıb və Nüsrət İbrahimov onun sədri seçilib.

Qiymətləndirmə Palatası qiymətləndirmə fəaliyyəti ilə bağlı şəhadətnamə imtahanları nəticəsini təqdim edir və fəaliyyətə icazə verir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti isə bu istiqamətdə sertifikatlaşma işlərini həyata keçirir və bu yöndə fəaliyyət göstərən şirkətlərin və şəslərin hüquqlarını müdafiə edir.

Qeyd edək ki, Nüsrət İbrahimov 1984 –cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki adı ilə Azərbaycan Texniki Universiteti) mexanika fakültəsi üzrə məzunu olub. O, 2000-2008-ci illər müxtəlif şirkətlərdə texniki direktor, icraçı direktor vəzifələrində fəaliyyət göstərib.

N. İbrahimov, 2018-2022-ci illərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri olub.

Hazırda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə Vüqar Oruc rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti