Bakı. Trend:
Yelo Bank "Yaşıl əmanət" kampaniyası çərçivəsində kütləvi ağacəkmə aksiyası təşkil etdi. Yelo komandası, AzInTelecom şirkətinin heyəti və media nümayəndələrinin qatıldığı aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində yaşıllıq zonası üçün ayrılmış ərazidə 1500-dən çox ağac əkildi. Qeyd edək ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə baş tutub.
Bu sosial layihə Yelo Bank-ın əmanətçilərinin birgə təşəbbüsü ilə ərsəyə gəlib. Belə ki, sentyabr ayında başladılmış kampaniya şərtlərinə əsasən Yelo Bank-da həm filialda, həm də Yelo mobil tətbiqi vasitəsilə SİMA İmza ilə onlayn açılmış əmanət hesabları təbiətə bir ağac bəxş edib. Bu təşəbbüsə qoşulmuş əmanətçilərə Bank tərəfindən rəqəmsal eko-sertifikat da təqdim olunub. Kampaniyanın əsas məqsədi müştərilərin yatırımlarına parlaq gəlir qazandırmaqla bərabər növbəti nəsillərə yaşıl gələcək miras qoymaqdır.
Yelo Bank həm şirkətdaxili mədəniyyətdə, həm də müştərilərə xidmətlərdə ekoloji davamlı təşəbbüsləri aktiv dəstəkləyir. Bank bundan sonrakı fəaliyyətində də təbiəti qorumağa, təbii resurslardan şüurlu istifadəyə təşviq və təbliğinə davam edəcək.
Bank xidmətləri (https://tecilikredit.az/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!