Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) Harvard Universitetinin "Growth Lab" Mərkəzi ilə maliyyə sektorunun dayanıqlılığının daha da artırılması, maliyyə vastiçəliyinin genişləndirilməsi və digər məsələlər müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə tənzimləyici qurumun X sosial şəbəkə hesabında bildirilib.
"Mərkəzi Bankın sədri Taleh Kazımov Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla görüşüb.
Görüş çərçivəsində Mərkəzi Bank tərəfindən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, maliyyə sektorunun dayanıqlılığının daha da artırılması və maliyyə vastiçəliyinin genişləndirilməsi, xüsusilə də rəqəmsal maliyyə xidmətləri üzrə görülən işlər barədə geniş müzakirələr keçirilib", - deyə paylaşımda qeyd olunub.
