...

Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması ilə bağlı iclas keçirilib

İqtisadiyyat Materials 27 Fevral 2025 12:28 (UTC +04:00)
Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması ilə bağlı iclas keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

27 fevral 2025-ci il il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyini həyata keçirdiyi “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Komissiyanın Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsinin məsul nümayəndələri və özəl sektorun və biznes assosiasiyalarının təmsilçiləri iştirak ediblər.

Görüş çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindənaltqrupun 27.01.2025-ci il tarixli iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyətinə dair müzakirələr aparılıb.
Bununla yanaşı, ötən iclas zamanı da müzakirə mövzusu olan “Azərbaycan avtomobil sektorunda mövcud vəziyyətin icmalı: Tendensiyalar, çağırışlar və təkliflər” üzrə təqdimat edilmiş, eləcə də 2025-ci il üçün Yol Xəritəsinin yekun layihəsinə daxil ediləcək yeni tədbirlərin müzakirəsi aparılıb.
Özəl sektor nümayəndələrinin, o cümlədən avtomobil dillerlərinin təmsilçilərinin aktiv iştirakı ilə keçən görüşdə müvafiq çağırışlar və qarşıda duran vəzifələrdən irəli gələrək, praktik təkliflər istiqamətində səmərəli müzakirələr aparılmış və təkliflər irəli sürülüb.

Sonda 2025-ci il üçün Yol Xəritəsinin layihəsinin yekunlaşdırılaraq təsdiq üçün təqdim edilməsi qərara alınmış, eləcə də qarşıda duran vəzifələr üzrə tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti