...

Ötən ay tikinti sahəsinə verilən biznes kreditlərinin həcmi məlum olub

İqtisadiyyat Materials 27 Fevral 2025 15:24 (UTC +04:00)
Ötən ay tikinti sahəsinə verilən biznes kreditlərinin həcmi məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən tikinti sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1,372 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin sonu ilə müqayisədə 3 milyon manat və ya 0,2% çoxdur. Belə ki, 2024-cü ilin sonuna Azərbaycandakı banklar tərəfindən tikinti sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1,369 milyard manat olub.

Qeyd edək ki, hesabat ayında bankların kredit portfeli 27,5 milyard manat olub. Kredit portfelinin 14,7 milyard manatı biznes kreditlərinin, 8,5 milyard manatı istehlak kreditlərinin, 4,2 milyard manatı isə ipoteka kreditlərinin payına düşüb.

Biznes kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 milyard manat və ya 13,9% artıb. 2024-cü ilin ilk ayının sonunda Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş biznes kreditlərinin həcmi 12,9 milyard ABŞ dolları idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti