...

Azərbaycanın alüminium ixracı azalıb, gəlirlər artıb

İqtisadiyyat Materials 22 İyul 2025 20:20 (UTC +04:00)
Azərbaycanın alüminium ixracı azalıb, gəlirlər artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 101 milyon ABŞ dolları dəyərində 35,2 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 667 min ABŞ dolları və ya 0,66% çox, həcm ifadəsində isə 2,5 min ton və ya 6,7% azdır.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 100,3 milyon ABŞ dolları dəyərində 37,7 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti