Bakı. Trend:
Deloitte-un “Azərbaycanda biznes perspektivləri” adlı makroiqtisadi hesabatının doqquzuncu buraxılışı ictimaiyyətə təqdim edilib.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilir ki, bu buraxılışda əsas makroiqtisadi göstəricilərlə yanaşı maliyyə sektoruna dair qısa icmal da yer alıb.
Deloitte Azərbaycanın dəvəti ilə xüsusi qonaq qismində tədbirə qatılan Mərkəzi Bankın sədri Taleh Kazımov ölkədəki makroiqtisadi vəziyyət və maliyyə sektorunun inkişafı ilə bağlı fikirlərini bölüşüb, həmçinin real sektoru təmsil edən iştirakçıların suallarını cavablandırıb.
Tədbir sektorun qarşılaşdığı çağırışlar və perspektivlərin müzakirəsi üçün geniş imkanlar yaradıb.
#MərkəziBank