...

AMB və Qazaxıstan Milli Bankı arasında maliyyə hesabatlılığında şəffaflığın artırılması müzakirə edilib

İqtisadiyyat Materials 12 Noyabr 2025 11:08 (UTC +04:00)
AMB və Qazaxıstan Milli Bankı arasında maliyyə hesabatlılığında şəffaflığın artırılması müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Qazaxıstan Milli Bankı arasında yeni maliyyə hesabatlığı standartlarının tətbiqi prosesləri müzakirə olunub.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Belə ki, Azərbaycan Mərkəzi Bankı ikitərəfli əməkdaşlıq çərçivəsində Qazaxıstan Milli Bankının nümayəndə heyətini qəbul edib.

Mərkəzi Bankda keçirilən interaktiv görüşlərdə əsas diqqət maliyyə sektorunda və xüsusilə mərkəzi (milli) banklarda müasir təcrübələrin, o cümlədən tənzimləyici yeniliklərin mübadiləsinə yönəldilib.

Görüşlərdə konsolidasiya olunan maliyyə hesabatlığı üçün hazırkı avtomatlaşdırılmış bank informasiya sistemlərinin imkanları və inkişafı, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə əsasən maliyyə alətlərinin, digər aktiv və öhdəliklərin tanınması və qiymətləndirilməsi, eləcə də yeni maliyyə hesabatlığı standartlarının tətbiqi prosesləri müzakirə olunub.

Tərəflər həmçinin maliyyə hesabatlılığında şəffaflığın artırılması üzrə mühüm mövzular və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti