...

"İşsizlikdən sığorta haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişiklik edilməsini təklif edilir

İqtisadiyyat Materials 12 Noyabr 2025 15:19 (UTC +04:00)
"İşsizlikdən sığorta haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişiklik edilməsini təklif edilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda hazırda yaşa görə əmək pensiyası alan şəxslər işlədikdə işsizlikdən sığorta haqqı ödəsələr də, işsizlər üçün nəzərdə tutulmuş sosial təminat mexanizmlərindən yararlana bilmirlər.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il büdcə layihəsinə verdiyi rəydə bildirilib.

Vurğulanıb ki, bu vəziyyət qanunvericilikdə ziddiyyət yaradır. Buna görə, də qurum problemin aradan qaldırılması üçün "İşsizlikdən sığorta haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişiklik edilməsini təklif edir.

“Məlumat üçün qeyd edək ki, 2025-ci ilin 1 yanvar tarixinə 1-Pensiya nömrəli statistik hesabata əsasən 123320 nəfər yaşa görə əmək pensiyaçısı aktiv əmək müqaviləsi ilə işləyir və işsizlikdən sığorta haqqı ödəyir. 2024-cü ilin 01 yanvar tarixinə isə bu göstərici 135511 nəfər təşkil etmişdir”, - məlumatda qeyd edilib.

Palata yekunda bu kateqoriyanın sığorta haqlarına cəlb olunmaması məqsədəuyğun hesab edir. Qurum belə əsaslandırır ki, həmin kateqoriyaya aid şəxslər qanunla işsiz kimi qeydiyyata alına və işsizlik sığortasından yararlana bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti