...

Orta Dəhlizin inkişafı üçün "yumşaq" infrastrukturun təkmilləşdirilməsi vacibdir - IRU baş katibi

İqtisadiyyat Materials 14 Noyabr 2025 11:18 (UTC +04:00)
Orta Dəhlizin inkişafı üçün "yumşaq" infrastrukturun təkmilləşdirilməsi vacibdir - IRU baş katibi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhlizin inkişafı təkcə yolların tikintisini deyil, həm də effektiv sərhədlərarası yükdaşımalarını təmin edən “yumşaq” infrastrukturun təkmilləşdirilməsi üzrə tədbirlərinin həyata keçirilməsini tələb edir.

Trend Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir ki, bunu İRU baş katibi Umberto de Pretto bu həftə Daşkənddə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF) yüksəksəviyyəli dialoqunda bildirib.

“Qloballaşmış iqtisadiyyatda kommersiya avtomobil nəqliyyatı sadəcə bir daşıma üsulu deyil. Bu, müəssisələri, tədarükçüləri və bazarları dünya miqyasında birləşdirən həyati əhəmiyyətli istehsal alətidir.

Dayanıqlı inkişaf etibarlı nəqliyyat dəhlizləri və effektiv infrastruktur olmadan mümkün deyil. Amma yalnız infrastruktur kifayət etmir. Yüklərin keyfiyyətli daşınması üçün sərhədlərdə yaranan dar boğazların, yükləmə və boşaltma gecikmələrinin, rəsmi olmayan ödənişlərin, məhdudlaşdırıcı siyasətlərin, həddindən artıq yoxlamaların və inzibati prosedurların aradan qaldırılmasına yönəlmiş tədbirlərin tətbiqi vacibdir. IRU hər yeni yolun hər santimetrinin salınmasını alqışlayır, ələlxüsus da Orta Dəhliz boyunca”, - deyə Umberto de Pretto vurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti