Bakı. Trend:
Azərbaycan Fintex Assosiasiyası və Mərkəzi Asiya Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Trend xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti” çərçivəsində baş tutub.
Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, memorandum regionda maliyyə texnologiyaları (fintech) ekosisteminin inkişaf etdirilməsi, innovativ həllərin tətbiqi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi məqsədini daşıyır.
Qeyd edilir ki, bu tərəfdaşlıq həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrində rəqəmsal maliyyə xidmətlərinin coğrafiyasının genişlənməsinə və yeni biznes imkanlarının yaradılmasına töhfə verəcək.
