...

BMK layihəsi ipoteka kreditləşməsi vəziyyətinin təhlili üçün Azərbaycan bankı ilə müqavilə bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Beynəlxalq Maliyyə Korporasiyasının Mərkəzi Asiya və Azərbaycanda mənzil maliyyələşməsinin inkişafı üzrə layihəsi Texnikabankla, bu bankda ipoteka kreditləşməsi vəziyyətinin təhlili üçün, müqavilə bağlayıb. Bu haqda məlumatı bazar ertəsi layihənin maliyyə təhlilçisi Azər Əliyev verib.

Müqavilə çərçivəsində, ipoteka kreditləşməsinin həssas məqamları müəyyənləşdiriləcək və aradan qaldırılacaq.Qiymətləndirmədən sonra tövsiyələr hazırlanacaq, tərtib olunmuş hesabat bankların menecmenti üçün təqdim olunacaq.

Texnikabankla yanaşı,Maliyyə Korporasiyası daha 2 bankla ipoteka bazarının iştirakçısı olan bankların intitusional potensialının təkmilləşdirilməsi istiqamətində danışıqlar aparır.

Bu tədbirlər texniki əməkdaşlıq layihəsinin II fazası çərçivəsində həyata keçirilir.Layihə BMK tərəfindən iqtisadi əlaqələr üzrə İsveçrə Dövlət katibliyi (State Secretariat for Economic Affairs - SECO) ilə birgə maliyyələşdirilir.Layihə regional olmaqla, Azərbaycan və Mərkəzi Asiyanı əhatə etsə də, SECO-nun resursları yalnız Azərbaycan üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti