...

Belçikanın "Diamant Boart"şirkəti Azərbaycanın tikinti sektorunda işləmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir U.İsmaylova/ Azərbaycan tikinti sektoruna investisiya qoyuluşu baxımından cəlbedici ölkədir. Bu barədə çərşənbə günü Azərbaycan Milli Sahibkarlar Konfederasiyası tərəfindən təşkil olunan Azərbaycan-Belçika biznes-forumunda Belçikanın "Diamant Boart" şirkətinin meneceri Jan-Jak Diodone bildirib.

"Bu gün Azərbaycanda müşahidə olunan tikinti bumu ölkənin bu sektorunun gələcək inkişafı üçün böyük miqdarda xarici investisiya cəlb edə bilər" - deyə Diodone vurğulayıb.

Şirkət menecerinin sözlərinə görə, "Diamant Boart" geoloji araşdırmalar zamanı onların işləməsi üçün əlverişli olacaq yeni daş karxanalarının meydana çıxacağına ümid edir.

"Diamant Boart" almaz alətlər və tikinti üçün avadanlıq istehsalı üzrə dünyanın tanınmış şirkətlərindən biridir.

Xəbər lenti

Xəbər lenti