...

Nazir: "Azərbaycanda dağ xizəkçiliyi kurortunun yaradılması üçün investisyaların ilkin həcmi müəyyənləşdirilib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2007 14:10 (UTC +04:00)
Nazir: "Azərbaycanda dağ xizəkçiliyi kurortunun yaradılması üçün investisyaların ilkin həcmi müəyyənləşdirilib"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanda təqribən 500-700 mln. dollar qiymətləndirilən dağ xizəkçiliyi kurortunun yaradılması üzrə tədqiqat işlərinin davam etdirilməsi üçün oktyabrın 10-da Bakıya avstriyalı ekspertlər gələcək. Bu barədə cümə axşamı mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib.

Onun sözlərinə görə, layihə konsepsiyanın yekun mərhələsinə daxil olur və artıq təqribən 60 dərin kəşfiyyat quyusu qazılıb.

"Menecment, reklam fəaliyyəti üzrə şirkətlər yaradılır, biz beş ilə hansı iqtisadi göstəricilər olacağını görməliyik. Bu iş avstriyalı ekspertlər tərəfindən aparılır" - deyə nazir bildirib. Soçi yaxınlığında bu cür "Krasnaya polyana" kompleksinin yaradılması üçün təqribən 1 mlrd. dollar sərf olunub.

Qarayevin sözlərinə görə, Azərbaycan dövlət payı 50 mln. dollardan çox olmamaqla təqribən 500-700 mln. dollar nəzərdə tutur.

Dövlət investisyası yalnız infrastruktur və qaldırıcı mexanizmlərin yaradılmasına sərf olunacaq. Mehmanxana təsərrüfatı, qidalanma sistemi, yaşayış, əyləncə və s. investorlar üçün böyük tenderə çıxarılacaq. "Tenderin keçirilməsini layihə konsepsiyası üzrə yekun qərar qəbul olunandan sonraya planlaşdırılır ki, bu da təqribən 2008-ci ilin aprel-may aylarına nəzərdə tutulub" - deyə nazir söyləyib.

Xəbər lenti

Xəbər lenti