...

Azərbaycanda kərə yağının qiyməti 20% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Cümə axşamı Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidmətinin rəhbəri Samir Dadaşovun verdiyi məlumata görə, Azərbaycanda kərə yağının qiyməti 20% artıb.

Dadşovun sözlərinə görə, kərə yağının qiymətinin qalxması yağ və pendir məhsulları ixracatçılarının ödəmələrinin artırılması barədə Avropa İttifaqının qəbul etdiyi qərarla bağlıdır. Bu göstərici bir kiloqram üçün 33 avrosent təşkil edir.

"Avropa İttifaqının qərarı tələbatın artması və ixracın təşviqatına ehtiyacın olmaması ilə bağlıdır" - deyə Dadaşov bildirib.

Avropa İttifaqına ixrac edilən əmtəələrə tətbiq olunan müəyyən ixrac rüsumları mövcuddur ki, bunlar da Aİ ölkələrində istehsal olunmayan kənd təsərrüfatı məhsullarının və əmtəələrin ölkəyə güzəştli şərtlərlə idxalına şamil olunur.

Xəbər lenti

Xəbər lenti