...

Moody's beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta şirkətini ilk sığorta reytinqinə layiq görüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2007 19:20 (UTC +04:00)
Moody's beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta şirkətini ilk sığorta reytinqinə layiq görüb

Azərbaycan, Bakı/ Trend / Moody's Investors Service beynəlxalq reytinq agentliyi cümə axşamı cümə axşamı Azərbaycanın Standard Insurance sığorta şirkətinin B1-Müsbət səviyyəsində birinci sığorta reytinqinə (IFSR) layiq görülməsini elan edib.

Moody's Investors Service məlumatında bildirilir ki, Standard Insurance qısa zamanda Azərbaycanın sığorta bazarında pərakəndə ticarət sahəsində lider mövqe ilə mühüm iştirakçı olan gənc şirkətdir.

2002-ci ilin fevral ayında yaradılan Standard Insurance şirkəti "AB Standard Group"-a məxsusdur. Artıq fəaliyyətinin ikinci ilində Standard Insurance rekord səviyyədə artım tempi nümayiş etdirərək, ölkənin ən iri sığorta şirkətləri onluğuna daxil olub.

Moody's Investors Service məlumatında göstərilir ki, Standard Insurance pərakəndə satış , xüsusilə avtomobil sığortasında lider mövqe tutur.

Xəbər lenti

Xəbər lenti