...

Azərbaycanda Çin istehsalı olan məhsulların monitorinqinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2007 21:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İsehlak Bazarına nəzarət Dövlət Xidməti Çin istehsalı olan paltar bazarının monitorinqinə başlayıb. Xidmətin rəhbəri Xaliq Məmmədov bildirib ki, Bakıdakı ticarət məntəqələrində məşhur brendlər altında Çin istehsalı olan məhsullar satılır.

Dövlət Xidmətinin Çin istehsalı olan məhsulları yoxlamaqda məqsədi istehlakçıları həmin malların real mənşəyi barədə maarifləndirməkdir. Azərbaycanın istehlak bazarının 90 faizini Çin istehsalı olan mallar təşkil edir.

"Dövlət Xidmətinin məqsədi bazarda Çin məhsullarını ləğv etmək deyil, onları istehlakçıya düzgün təqdim etməkdir ki, brendə görə artıq pul ödənilməsin",-deyə Məmmədov söyləyib.

Onun sözlərinə görə, istehlakçılar arasında da maarifləndirmə işləri aparmaq lazımdır. Dövlət Xidməti hər həftənin istirahət günləri istehlakçıların biliklərinin artırılması məqsədi ilə aksiya keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti