...

Bakının ipoteka bazarında il ərzində 40% artım müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın Daşınmaz Əmlakın Reyesteri Dövlət Xidmətindən verilən məlumata görə, il əzində Bakının ipoteka bazarında artım 40% təşkil edib.

Məlumatda bildirilir ki, sentyabr ayında 765 daşınmaz əmlak obyekti ipoteka krediti ilə müştərilərə təqdim olunub, 2006-cı ildə isə bu göstərici 473 təşkil edib.

Sentyabr ayında 3506 növdə daşınmaz əmlak qeydiyyatdan keçib. Qeydə alınmış obyektlərin 899-u Bakının ilkin, 1863-ü isə təkrar bazarının payına düşür.

Sentyabr ayında Bakıda daşınmaz əmlakın alış-satışı ilə bağlı 1272 sövdələşmə imzalanıb ki, bu sövdələşmələrin 192-si torpaq sahələri, 23-ü qeyri-yaşayış binaları, 63-ü qeyri-yaşayış torpaq sahələri, 873-ü mənzillər, 96-sı şəxsi evlər, 14-ü bağ evləri və 7-si müəssisələrin payına düşür.

İrs prinsipi ilə 260 adda əmlak qeydə alınıb, bağışlanan əmlakla bağlı 323, mübadilə ilə bağlı isə 8 sənəd qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti