...

Bakı buxtasında avtomobil körpüsünün tikintisi təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2007 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / "Koreyanın STX konsorsiumu tərəfindən Azərbaycan Nəqliyyat Nazirliyinə təklif olunan Bakı buxtasında avtomobil körpüsünün tikintisi 2010-cu ildən sonra mümkün ola bilər" - deyə nazirliyin nəqliyyat siyəsəti və iqtisdiyyat Şöbəsinin direktoru Sədrəddin Məmmdov məlumat verib.

"Hazırda bu layihə hökumətdə təhlil olunur. Mən əminəm ki, layihə bəyəniləcəyi halda 2010-cu ildən sonra körpünün tikintisinə başlanacaq" - deyə Məmmədov bildirib.

Hökumət yol layihələrinin reallaşdırılması üzrə prioritetləri müəyyən edib. Onun rəyinə görə, birinci növbədə yol tıxacları və işsizliyin aradan qaldırılması və yeni iş yerlərinin açılması məsələlərinin həlli tələb olunur. Bundan sonra isə artıq bu tip - alternativ yolun yaradılması üzrə layihələrin reallaşdırılması mümükün ola bilər

"2016-cı ildə Azərbaycanda Olimpiypa Oyunlarını təşkil olunması, bununla əlaqədar turizmin inkişafı üzrə tədbirlərə hazırlıqla əlaqədar olaraq bu layihənin reallaşdırılması böyük əhəmiyyət təldə dir" - deyə Nəqliyyat Nazirliyinin nümayəndəsi hesab edir.

Nazirlikdə Zığ qəsəbəsindən Şıxova qədər və ya Nargin adasından Qaradağ rayonuna qədər köapünün salınması üzrə variantlar nəzərdən keçirilr. Koreya şirkəti ödənişli avtomoböil körpüsünün tikilməsini təklif edir ki, bu da bu layihəyə yatırılacaq investisiyanın onlaınr idarəçiliyi müddətində qoyduqları vəsaiti götürməyə imkan yaradacaq.

Təxminən 15-20 ildən sonra o, gələcəkdə idarə olunmaq üçün dövlətə qaytarıla bilər.

STX təklifi üzrə layihənin reallaşdırlmasına dövlət xərc sərf etməyəcək. Baxmayraq ki, körpü ödənişli olacaq, vaxta və yanacağa qənaət istifadəçi üçün təsis ediləcək haqqı əhəmiyyətsiz edəcək. O, kart və ya avtomobildə quraşdırılmış xüsusi qurğu vasitəsilə həyata keçirilə bilər.

Körpünün tikintisi üçün lazım olan investisiynın həcmi hələ müəyyənləşdirilməyib. Belə Ki, bu seçiləcək variantdan asılıdır. Körpünün uzunluğu 15 və 20 km arasında ola bilər.

Xəbər lenti

Xəbər lenti