...

Azərbaycanın Daşınmaz Əmlak Dövlət Reyesteri Xidməti daşınmaz əmlak bazarında fəallaşmanın olduğunu bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Daşınmaz Əmlak Dövlət Reyesteri daşınmaz əmlak bazarında yanvar-sentyabr ayları ərzində 30% fəallaşmanın olduğunu bildirib.

Dövlət Xidmətinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir ki, 9 ay ərzində reyester xidməti 78092 sənəd qeydə alıb ki, bu sənədlərin 33489-u ilkin, 44603-ü isə təkrar bazarın payına düşür.

Hesabat dövrü ərzində ilkin bazarda qeydə alınan sənədlərin 8230-u torpaq sahələrinin, dördü yeni tikililərin, 795-i isə qeyri-yaşayış binalarının, 526-sı qeyri-yaşayış sahələrinin, 18232-i mənzillərin, 4783-ü şəxsi evlərin, 791-i bağ evlərinin,128-i daşınmaz əmlak komplekslərinin payına düşür.

Təkrar bazarda yanvar-sentyabr ayları ərzində qeydə alınan sənədlərin 13441-i torpaq sahələrinin, səkkizi çoxillik əkinlərin, 670-i qeyri-yaşayış binalarının, 964-ü qeyri-yaşayış sahələrinin, 22322-si mənzillərin, 6621-i şəxsi evlərin, 442-si bağ evlərinin, 130-u daşınmaz əmlak komplekslərinin payına düşür.

Hesabat dövrü ərzində, həmçinin, 12145 ipoteka kredit idə qeydə alınıb ki, bunların 7044-ü Bakının, 5101-i isə ölkənin regionlarının payına düşür.

Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti 2005-ci il fevralında yaradılıb. Xidmət, rəsmi olaraq, daşınmaz əmlak və digər mülkiyyəti hüquqlarının qeydiyyatına 2006-cı ilin martından başlayıb.

Xəbər lenti

Xəbər lenti