...

Azərbaycanda istehlak mallarının satış həcmi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2007 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Yanvar-sentyabr ayları ərazində Azərbaycanın ticarət şəbəkələrində əhaliyə, müvafiq olaraq ,12,8 və 19,5 faiz artımla, 3,5 mlrd. manat həcmində ərzaq malları və 1,9 mlrd. manat məbləğində qeyri- istehlak malları satılıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən əhaliyə 1,6 mlrd. manat (33,1 faiz çox) həcmində pullu xidmət göstərilib ki, bunun da, müvafiq olaraq, 34,7 və 28,4 faiz artımla, 75,4 faizi hüquqi şəxslərin, 24,6 faizi fiziki şəxslərin payına düşüb.

Pərakəndə mal dövriyyəsinin ümumi həcmi 14,9 faiz artımla 5,4 mlrd. manat təşkil edib.

Ümumi satış dövriyyəsinin 16.2 faizi hüquqi şəxslər, 47,8 faizi təşkil olunan yarmarkalar zamanı, fiziki şəxslər tərəfindən həyata keçirilib. Yalnız 36 faiz özəl sahibkarların payına düşüb.

Xəbər lenti

Xəbər lenti