...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2007 20:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Oktyabrın 9-da, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300617S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 5 mln. manat, bir istiqrazın nominal dəyəri - 200 manat, tədavül müddəti 182 gün olan qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

2 investor tərəfindən təqdim olunan Sifarişin nominal üzrə ümumi məbləği 2 164 000 manat təşkil edib.

Sifarişlər 95.00% (gəlirlik 10.56%) və 95.05% (gəlirlik 10.44%) qiymət intervalında təqdim olunub.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.00% (gəlirlik 10.56%) orta ölçülmüş qiymət - 95.02% (gəlirlik 10.51%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 156 000 AZN məbləğində qeyri- rəqabətli sifarişlər daxil olmaqla, 2 164 000 manat məbləğində müəyyən olunub. İstiqraz vərəqələrinin ödəmə tarixi 08 Aprel 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti