...

Bakıda quşçuluq təsərrüfatlarının yoxlanılmasına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ "Quş qripi" virusunu ölkəyə gətirə biləcək köçəri quşların miqrasiya mövsümünün başlanması ilə əlaqədar Azərbaycanın Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakıda quşçuluq təsərrüfatlarında reydlərə başlayıb.

Mərkəzin gigiyena şöbəsinin rəhbəri İmran Abdullayevin çərşənbə günü bildirdiyinə görə, reydlər Sabunçu rayonu ərazisində keçirilir, Əzizbəyov, Abşeron və Yasamal rayonlarını əhatə edəcək reydlər oktyabrın sonuna qədər davam edəcək.

Reydlər zamanı quşların saxlanılma şəraitinin və quşçuluq məhsullarının normalara uyğunluğu yoxlanılacaq. Bakıda cəmisi 15 obyekt yoxlanılacaq

Onun sözlərinə görə, analoji tədbirlər Azərbaycanın regionlarında da keçiriləcək.

Mərkəzin nümayəndəsi söyləyib ki, çatışmazlıqlar və qanunpozuntusu aşkar olunacağı təqdirdə inzibati qaydada xəbərdarlıq, cərimə və fəaliyyətin dayandırılması kimi tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti