...

Azərbaycan Nazilər Kabineti Tikinti İşlərinin Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin fəaliyyət qaydalarını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Azərbaycan Nazirlər Kabineti Azərbaycan Fövqəladə Hallar Nazirliyi yanında Tikinti İşlərinin Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin fəaliyyət qaydalarını təsdiq edib.

Avqustun 28-də Bakının mərkəzi küçələrindən birində tikilməkdə olan 16 mərtəbəli bina uçub, nəticədə 25 nəfər həlak olub. Ekspertlər bildirir ki, binanın uçmasının səbəbi keyfiyyətsiz tikinti materiallarından istifadə olunması və texniki təhlükəsizlik qaydadarının pozulmasıdır. Bu hadisədən sonra Azərbaycan Respublikası prezidentinin 30 avqust tarixli sərəncamı ilə tikinti sektoru üzərində dövlət nəzarəti gücləndirilib.

Dövlət agentliyinə qeyri-qanuni tikinti fəaliyyətinin dayandırılması ilə bağlı səlahiyyətlər verilib. İcra hakimiyyəti orqanlarına əsaslı təmirin, bərpa işlərinin keçirilməsi, ərazi vahidləri çərçivəsində binaların konstruktiv elementlərinin pozulması zamanı baş verən dağıntılar barədə dövlət agentliyinə məlumat vermək barədə göstəriş verilib.

Qaydalara əsasən, tikinti fəaliyyəti tikinti lisenziyasının olmadığı, normativ tələblərə cavab verməyən tikinti materiallarından istifadə olunduğu, uyğunluq sertifikatının olmadığı, tikinti norma və qaydalarının pozulduğu təqdirdə dayandırılır.

Tikinti fəaliyyətinə nəzarət Dövlət Agentliyinin Dövlət Baş Tikinti Müfəttişliyinin əmkdaşları tərəfindən həyata keçirilir. Qanun pozuntusu aşkar olunduğu təqdirdə müfəttişlər akt tərtib edir. Müvafiq əmr müfəttişliyin rəisi tərəfindən imzalanır, agentliyin möhürü ilə təsdiq olunur və müfəttişlikdə qeydiyyatdan keçirilir.

Qanunu pozan şəxslər pozuntu hallarının aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə müfəttişliyə məlumat verməlidirlər. Bu tədbilər qanunu pozan tərəfin vəsaiti hesabına həyata keçirilir. Yoxlamalar aparmaq məqsədilə müfəttişliyin rəisi komissiya yaradır. Tikinti şirkətləri bu barədə iki gün əvvəlcədən məlumatlandırılır.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi sentyabr ayında tikinti işləri üzrə apardığı yoxlamaların yekunu olaraq texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən altı şirkətin fəaliyyətini dayandırıb. Şirkətlərin heç birinin fəaliyyəti hələ bərpa olunmayıb.

Xəbər lenti

Xəbər lenti