...

Azərbaycan Beynəlxalq Bankı avrobondların buraxılışını təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Azərbaycan Beynəlxalq Bankı (ABB) 200 mln. dollar həcmində olan avrobondların birinci buraxılışı planlarını müəyyən müddətə dondurub. Bu barədə çərşənbə günü ABB İdarə Heyətinin sədri Vaqif Əkbərov bildirib.

"Dünya bazarlarında (ipoteka bazarında) olan vəziyyət ehtiyatlı olmağı tələb edir, belə ki, bütün potensial investorlarda likvidlik aşağı düşüb, bu səbəbdən də avrobondları münasib qiymətlərlə satmaq mümkün olmayacaq" - deyə Əkbərov bildirib.

Onun sözlərinə görə, bank qiymətli kağızların yerləşdirilməsi məqsədilə Amerika bazarından başqa bütün perspektiv bazarları (Lüksemburq, London, Şanxay və s.) nəzərdən keçirmək niyyətindədir. Lakin istisna edilmir ki, Amerika investorları ABB-in avrobondarını digər kapital bazarları vasitəsilə əldə edə bilər.

ABB-in avrobondlarının yerləşdirilməsi üzrə bukranerlər qismində "City Group" və "JP Morgan" seçilib.

ABB-in avrobondların buraxılışının təxirə salınması ilə bağlı qərarı avrobondların yerləşdirilməsinə hazırlaşan Maliyyə Nazirliyinin planlarından asılı deyil. Bu yaxınlarda maliyyə naziri Samir Şərifov dünyanın maliyyə bazarlarında mövcud olan problemə əsaslanaraq bəyan edib ki, debüt buraxılışını 2008-ci ildən tez olmayaraq həyata keçirmək mümkündür.

Dövlət istiqrazlarının birinci emissiyasının həyata keçirilməsi, onların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üzrə Maliyyə Nazirliyinin lid-menecerləri "Deutsche Bank AG London" və "Citigroup Global Markets Limited" investisiya banklarıdır. Hökumət ilkin olaraq avrobondların emissiyasını 300 mln. dollar dəyərində həyata keçirməyi planlaşdırıb, lakin bu məbləğin 500 mln. dollara qədər artırılması imkanları müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti