...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Oktyabrın 10-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300517S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

2 investor tərəfindən təqdim olunmuş Sifarişin nominal üzrə ümumi məbləği 1 591 200 manat təşkil edib. Sifarişlər 95.14% (gəlirlik 10.59%) və 95.22% (gəlirlik 10.41%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.14% (gəlirlik 10.59%) orta ölçülmüş qiymət - 95.17% (gəlirlik 10.53%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 591 200 manat məbləğində, o cümlədən, 95 200 AZN məbləğində qeyri- rəqabətli sifarişlər daxil olmaqla müəyyənləşdirilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 03 Aprel 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti