...

Vilnüsdə "GUAM – Litva" biznes-forumu keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Oktyabrın 10-da Vilnüsdə Azərbaycan Françayzinq Assosiasiyasının təşəbbüsü və GUAM-ın digər dövlətlərinin Françayzinq Assosiasiyaları, həmçinin, Litva Sahibkarlar Konfederasiyasının dəstəyi ilə "GUAM-Litva" biznes-forumu baş tutub.

Azərbaycan Françayzinq Assosiasiyasından verilən məlumata görə, forum GUAM və Litva iş adamlarının iştirak etdiyi GUAM-ın yaranmasının 10 ililyi münasibətilə keçirilən tədbirlər çərçivəsində baş tutub. Tədbirdə www.guamtimes.info İnternet portalının prezentasiyası keçirilib. Həmçinin, "GUAM+" biznes-klubu yaradılıb. Klubun ilk sədri Elşən Musayev seçilib.

Xəbər lenti

Xəbər lenti