...

Azərbaycanın Nazirlər Kabineti mənzil tikintisi ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş əlavə vergi əmsalını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Nazirlər Kabineti "Şəhər və rayon ərazilərində mənzil tikintisi ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş əlavə vergi əmsalı"nı təsdiqləyib. Bu barədə Nazilər Kabinetinin məlumatında göstərilib.

Bakı 12 əraziyə bölünüb: 1-4-cü ərazilər şəhərin mərkəzini, 5-7-ci ərazilər mərkəzə yaxın hissələri, 8-12-ci ərazilər paytaxtın kənar sahələrini əhatə edir.

Cədvəldə şəhərin ərazilərinə görə sadələşdirilmiş vergi əmsalı göstərilib:

Şəhərin əraziləri Əmsal
1 5,0
2 4,6
3 4,2
4 3,8
5 3,4
6 3,0
7 2,6
8 2,2
9 1,8
10 1,4
11 1,1
12 0,8

Sumqayıt və Gəncə üzrə əmsal - 1,8, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala, Cəlilabad, Göyçay - 0,8, digər şəhər, qəsəbə və kəndlər üzrə isə, 0,5-ə bərabərdir.

Xəbər lenti

Xəbər lenti