...

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin DQİ –nin yerləşdirilməsi baş tutub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2007 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Oktyabrın 11-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10500417S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Sifariş 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 328 600 manat təşkil edib. Sifariş 90.73% (gəlirlik 10.50%) qiymətdə təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 90.73% (gəlirlik 10.50%) orta ölçülmüş qiymət - 90.73% (gəlirlik 10.50%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 328 600 manat məbləğində edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 30 sentyabr 2008-ci ildir. İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır.

Xəbər lenti

Xəbər lenti