...

Qara dəniz bankı Direktorlar şurasının növbəti iclasının günü müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2007 07:46 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend müxbir İ. Xəlilova / Qara dəniz ticarət və inkişaf bankının menecmentinin bankın kapitalının artırılması barədə təklifləri Direktorlar Şurasının 29 oktyabrda Salonnikidə keçiriləcək növbədənkənar iclasında təqdim olunacaq . Bu haqda məlumatı Azərbaycan tərəfdən Qara dəniz bankında direktor, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov verib .

Onun sözlərinə görə bu günə qədər bankın elan olunmuş 1 mlrd. SDR (1, 325 mlrd. dollar) nizamnamə kapitalının 30 faizi (300 mln. SDR) ödənilib . Azərbaycanın payına düşən 2 faiz (6 mln. SDR) həmçinin tam şəkildə bankın kapitalına daxil edilib .

" Qara dəniz bankının fəaliyyəti gözlənilən proqnozları üstələyir və bankın kredit portfeli artıq 600 mln. dolları keçib , məs bu səbəbdən kapitalın artıralması məsələsi ortaya çıxıb " - deyə Cabbarov bildirdi .

Nazir müavininin sözlərinə görə , azərbaycan höküməti bankın kapitalında boş qalmış 3 faiz səhmlərin əldə etmək məsələsini nəzərdən keçirir . Bununla da Azərbaycanın Qara dəniz bankının kapitalındakı iştirak payı indiki 2 faizdən 5 faizə çata bilər . Bu paket nominal üzrə realizə olunacaq .

Ermənistan , Gürcüstan və Moldova könüllü öz paynını 50 faiz azaltdıqdan sonra (2 faizdən 1-ə) bankın kapitalında 3 faiz " yiyəsiz " qaldı . Qaydalara uyğun olaraq boş qalan faizi digər üzv ölkələr ödəməlidirlər .

Qara dəniz ticarət və inkişaf bankı 1 iyun 1999 ildən işləyir . Təsis olundubu gündən bank Azərbaycanda ümumi dəyəri 32 073 700 dollar olan 9 layihə maliyyələşdirib . Kredit xətləri Azərbaycan beynəlxalq bankına , Bank Respublika, Texnikabank , Azerdesiryolbank , Kapital Bank, Unibank və Azərbaycan mikromaliyyələşdirmə banklarına açlıb .

Xəbər lenti

Xəbər lenti