...

Qnunvericiliyə dəyişiklik xarici şirkətlərin Polşanın tikinti bazarına girişini sadələşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2007 13:03 (UTC +04:00)
Qnunvericiliyə dəyişiklik xarici şirkətlərin Polşanın tikinti bazarına girişini sadələşdirəcək

Polşa, Varşava / Trend , müxbir S.Ağayeva/ Polşa hakimiyyəti ölkədə xarici şirkətlərin işini tənzimləyən mövcud qanunvericiliyə dəyişiklik etməyi planlaşdırır.

Polşa tikinti nazirinin müavini Elizabetta Janişevka-Kuropatina çərşənbə günü bildirib ki, qanuna dəyişikliyin edilməsindən sonra Azərbaycan tikinti şirkətləri Polşanın "Üç million mənzil" Dövlət Prqramında iştirak etmək üçün əlverişli imkanlar əldə edəcəklər. O, qanuna düzəliş və onun parlamentdə nə zaman həyata keçiriləcəyi barədə ətraflı məlumat verməyib.

Onun sözlərinə görə, bu proqramın reallaşdırılması üçün Avropa İttifaqı 2013-cü ilə qədər Polşaya 16 mlrd. avro ayırıb.

"Yaxın zamanlarda biz qlobal mənzil və infrastruktur tikintisi proqramını həyata keçirməyi planlaşdırırıq və bizim podratçılara, o cümlədən xarici podratçılara ehtiyacımız var" - deyə o bildirib.

"Azərbaycan tikinti şirkətləri Polşanın tikinti bazarına sərbəst daxil ola bilərlər" - deyə o, əlavə edib.

Əməkdaşlığın digər mühüm istiqamətlərindən biri Azərbaycandan Polşaya tikinti mareriallarının tədarükü ola bilər. "Bu bəzək-naxış məhsulları, ağacdan olan materiallar, keramika ola bilər" - deyə nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti