...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Oktyabrın 17-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10500417S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bir investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi məbləği 1 mln. manat təşkil edib.

Sifariş 90.88% (gəlirlik 10.50%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 90.88% (gəlirlik 10.50%) orta ölçülmüş qiymət - 90.88% (gəlirlik 10.50%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 mln. manat məbləğində , müəyyənləşdirilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 30 Sentyabrt 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti