...

Azərbaycanın Soial Müdafiə Fondu icbari dövlət sosial sığortası ödəyicilərinin sayını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2007 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun cümə axşamı yayılan məlumatında bildirilir ki, fond yanvar-sentyabr ayları ərzində icbari dövlət sosial sığortanın fərdi hesabatı sistemi üzrə 1,39 mln. nəfər qeydə alıb.

Fərdi, hesabat ölkə qanunvericiliyinə uyğun olaraq, sosial müdafiənin pensiya və digər hüquqlarının təmin edilməsi məqsədilə, hər bir sığortalanmış şəxs haqqında məlumatların hesabatının təşkili və aparılmasıdır.

Bu dövr ərzində 1,25 mln. nəfər üçün hesab açılıb, sosial sığorta haqqında 1 mln. 252,5 şəhadətnamə dərc olunub, 1 mln. 240,4 şəhadətnamə təqdim olunub.

2006-cı il yanvarın 1-dən qeydiyyatdan keçən əcnəbilərin sayı 2007-ci ilin oktyabr ayına qədər 4437 nəfər təşki edib, onlardan 2683 nəfəri Türkiyə vətəndaşıdır.

Azərbaycan prezidentinin "Dövlət Sosial Sığorta Sistemində fərdi hesabat haqqında" Qanunun tətbiqinə dair sərəncamı 2001-ci ilin dekabrında imzalanıb.

Xəbər lenti

Xəbər lenti