...

Azərbaycanda əmək pensiyalarının ödənilməsi təqribən iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ İlin əvvəlindən Azərbaycanın Əhalinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən 675 mln. manat əmək penisyası ödənilib. Bu barədə cümə günü Fondun rəhbəri Səlim Müslümov məlumat verib.

Onun sözlərinə görə, bu, ödəmələrin təqribən iki dəfə - ötən illə müqayisədə 84 faiz yaxud 308 mln. manat artması deməkdir.

Bu dövr ərzində sosial sığorta ödəmələri üzrə proqnoz 499,2 mln. manat olmaqla, 100,6 faiz yerinə yetirilib ki, bunun da 191,9 mln. manatı büdcə təşkilatları, 307,3 mln. manatı qeyri- büdcə təşkilatları hesabınadır.

Müslümov bildirib ki, doqquz ay ərzində Fondun ümumi gəlirləri 739,5 mln. manat təşkil edib. Ümumi xərclərsə, 723,1 mln. manata bərabər olub.

Sosial sığortalanmış şəxslərin sayı 1,7 mln. nəfərə çatıb. Ilin əvvəlinə bu göstərici 1,5 mln. nəfər olub. Artım tikinti sahəsindəki sığortalanmış şəxslərin sayı hesabına mümkün olub.

Xəbər lenti

Xəbər lenti