...

Azərbaycanın Əmək Nazirliyi işə götürənləri, işçilərin hüquqlarının pozulmasına görə, cərimə məbləğlərinin artırılması barədə xəbərdar edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərin hüquqlarını pozan işə götürənlərə qarşı cəzaların sərtləşdirilməsi barədə təkliflər paketini ölkə hökumətinə təqdim edib. Bunu cümə günü Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

"Əmək Nazirliyi bu cür işəgötürənlərə qarşı ciddi iqtisadi cəzalar tətbiq edəcək",-deyə Ələkbəov bildirib.

İqtisadi cəzalar dedikdə, nazir cərimələrin məbləğinin dəfələrlə artırılmasını nəzərdə tutur.

Nazir söyləyib ki, sərtləşdirilmiş qaydalar, qeyri- leqal miqrantların əməyindən istifadə edən işəgötürənlərə də aid ediləcək. Əmək Nazirliyinin məlumatlarına əsasən, Azərbaycanda Filippindən təqribən 1000 nəfər miqyrant yaşayır və işləyir, onlardan cəmi10 nəfər qeydiyyatdan keçib.

Ələkbərov söyləyib ki, cəmi 45 min əmək müqaviləsi imzalanıb və təqribən ele o sayda da müqavilədə aylıq əmək haqqının düzgün göstərilməsinə nail olunub.

"Yaxşı olardı ki, şirkətlər əmək müfəttişliyinin müdaxiləsini gözləmədən, vaxtında müqavilə imzalasınlar və işçilər üçün normal şərait yaratsınlar. Belə ki, işçinin hüquqlarının pozulmasına görə məsuliyyət işəgötürənin üzərinə düşür",-deyə nazir söyləyib.

Əmək Nazirliyinin yoxlamalarının nəticələrinə əsasən, Azərbaycanda 25 min nəfərdən çox qeyri- leqal miqrant yaşayır və işləyir.

Xəbər lenti

Xəbər lenti