...

Polşanın Bakıda keçiriləcək ikinci milli sərgisində 40-dan çox Polşa şirkəti iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2007 18:26 (UTC +04:00)

Polşa, Varşava / Trend , müxbir S.Ağayeva/ Cümə günü Polşanın Təssərrüfat Palatasının idarə heyətinin sədri Bojena Vrublevskanın jurnalistlərə verdiyi məlumata görə, Polşanın Bakıda keçiriləcək ikinci milli sərgisində 40-dan çox Polşa şirkəti iştirak edəcək.

Sərginin təşkili ilə bağlı təklif əməkdaşlıqda maraqlı olan hər iki ölkənin hökumət orqanları və sahibkarları tərəfindən irəli sürülüb.Sədrin sözlərinə görə, bu il sərgidə yeniliklər baş verəcək, ərzaq məhsulları, kosmetika, əczaçılıq məhsulları, avdanlıq sərgiyə qoyulacaq. Polşanın, demək olar ki, bütün iri şirkətləri Bakının dəniz vağzalında keçiriləcək ikinci Polşa sərgisində təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti