...

Azərbaycanın regionunda tikinti materiallarının qiməti təxminən 25% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2007 04:20 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ Gəncədə tikinti materiallarının qiyməti təxminən 25 faiz artıb. Bu barədə məlumatı şəhər Statistika İdarəsinin Qiymətləndirmə Sektorunun müdiri Nəbi Baxşəliyev verib .

Onun sözlərinə görə, qum, sement, taxta, və daşın qiyməti artıb. İlin əvvəlində sementin qiyməti Gəncədə 7 manat 60 qəpik idisə hazırda 8 manat 40 qəpiyə satılır. Taxtanın 1 kubunun qiməti isə 20 manat artıb. Qumun 50 kiloqramlıq kisəsinin qiyməti 60 qəpikdən 1 manata yüksəlib. Qaradağdan gətirilən mişar daşının qiyməti yanvar ayındakı 58 qəpikdən oktyabr ayındakı 70 qəpiyə yüksəlib.

Baxşəliyev bu il i ötən illərdən fərqli olaraq qimət artımının yüksək olduğunu və payız fəslində enmənin olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti