...

Bakıda GUAM-ın gömrük xidməti əməkdaşları üçün seminar keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend / Bazar ertəsi Bakıda GUAM-a üzv dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) gömrük xidməti orqanlarının əməkdaşları üçün "Vahid inzibati sənəd və onun tətbiqi üsulları" mövzusunda seminar işə başlayıb. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsindən verilən məlumatda bilidirilir.

Polşa mütəxəssislərinin apardığı seminarda Avropa İttifaqı ərazisində gömrük hüququ məsələləri, onun mənbəyi, Polşada gömrük xidmətinin təşkili, əmtəə ticarətində rəsmiləşdirmənin sadələşdirilməsi, Vahid İnzibati Sənəd və s. müzakirə olunur.

Seminar oktyabrın 26-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti