...

Nəqliyyat naziri: "Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində tikinti işləri noyabr ayında başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 13:03 (UTC +04:00)
Nəqliyyat naziri: "Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində tikinti işləri noyabr ayında başlanacaq

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Noyabr ayında "Bakı -Tbilisi -Qars" dəmir yolu xəttinin tikinti işlərinə başlanacaq. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun Nazirlər Kabinetinin ölkənin son doquz ay ərzində sosial-iqtisadi inkişafına və həyata keçiriləcək qarşıdakı tapşırıqlara həsr olunmuş iclasında çıxışı zamanı bildirib ki, oktyabrın 29-na qədər dəmir yol magistralının Gürcüstan hissəsinin tikintisi ilə məşğul olacaq şirkət müəyyən olunacaq. İclas Azərbaycan Respublikasının pezidenti lham Əliyevin sədrliyi ilə keçirilib.

Nazirin sözlərinə görə, dəmir yol xəttinin Türkiyə hissəsinin tikintisini həyata keçirəcək şirkət artıq müəyyən olunub.

"Bakı-Tbilisi-Qars" layihəsinin reallaşması, "Şərq -Qərb" nəqliyyat dəhlizi üzrə dəmir yol infrastrukturunun bərpası, bu dəhlizin rəqabət qabiliyyətinin artırılması, yüklərin daşınma müddətinin azaldılması və yük daşınmalarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2008-2011-ci illərdə Azərbaycanda dəmir yollarının inkişafı üzrə dövlət proqramı hazırlanıb.

Azərbaycan Dövlət Neft Fondundan "Bakı-Tbilisi-Qars" marşrtunun Gürcüstan hissəsinin bərpası üçün 200 mln. dollar ayırmağı planlaşdırır.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində dəmir yolu xəttinin yeni 105 kilometrlik hissəsinin tikintisi planlaşdırır. Yolun Türkiyə hissəsinin uzunluğu 76 kilometr, Gürcüstan hissəsinin uzunluğu isə 29 km təşkil edir. Bununla yanaşı Gürcüstanda "Axalkalaki-Mardaba-Tbilisi" dəmir yol xəttinin 183 kilometrlik hissəsi bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti