...

Nazir: "Azərbaycanın neft sahəsindən vergi daxilolmaları 15 il ərzində ən yüksək səviyyəyə çatıb"

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 16:18 (UTC +04:00)
Nazir: "Azərbaycanın neft sahəsindən vergi daxilolmaları 15 il ərzində ən yüksək səviyyəyə çatıb"

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlir hissəsi, 105 faiz icra olunmaqla, 4 383,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricilərini 62,9 faiz üstələyir. Bu barədə vergilər naziri Fazil Məmmədov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin doqquz ay ərzində ölkənin sosial- iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

Büdcə daxil olmalarının 73,9 faizi (3 240,9 mln. manat) Veyrgilər Nazirliyi, 13,1 faizi (575 mln. manat) - Dövlət Gömrük Komitəsi, 10,7 faizi (468,8 mln. manat) - Dövlət Neft Folndu, 1,5 faizi (66,8 mln. manat) - dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmalarından, 0,7 faizi (30,1 mln. manat) - sair mənbələrdən, 0,1 faizi (2,3 mln. manat) - Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı kimi daxil olmuşdur.

Dövlət sektoru xətti ilə vergi daxilolmaları 51,7 faiz artaraq 973,8 mln. manat təşkil edib, qeyri- dövlət sektorundan isə köçürmələr 2 294,8 mln. manat olub. Neft sahəsindən daxilolmalar üzrə proqnoz 109,5 faiz təşkil edərək, 2 098,4 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq göstəricilərini 100,3 faiz üstələyir. Nazirin sözlərinə görə, qeyri- neft sektoru üzrə nəzarətin gücləndirilməsi nəticəsində proqnoz 102 faiz yerinə yetirilib və büdcə köçürmələri 56,1 faiz artmaqla 1 170,2 mln. manat təşkil edib. Məmmədov hesab edir ki, son 15 il ərzində qeyri- neft sektorundan vergi daxilolmalarının artım tempi 2007-ci ilin doqquz ayında ən yüksək səviyyəyə - 74,8 faizə çatıb. Dövlət büdcəsinin xərc hissəsi 90,1 faiz yerinə yetirilməklə 3 989,6 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ərzində daxilolmaları 63,9 faiz üstələyir. Sosial yönümlü xərclərin maliyyələşdirilməsinə ümumi xərclərin (1 164,4 mln. manat) 29,2 faizi sərf olunub ki, bu da ötənilki götəricidən 68,4 faiz çoxdur.

Bu dövr ərzində 1 282,2 mln. manat (artım 2,3 dəfə) vəsait sənaye, tikinti, faydalı qazıntılar sahəsinə sərf olunub. Sosial müdafiə və sosial təminat xərclərinə - 460 mln. manat ( 2 dəfə), təhsil xərclərinə - 172,3 mln. manat (53,8 faiz), səhiyyə - 149 mln. manat (51,4 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərclərinə - 62,7 mln. manat (47,5 faiz) vəsait yönəldilib.

Dövlət büdcəsinin profisiti 9 ay üçün 394,3 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti