...

KİPO Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Agentliyinə tədris mərkəzinin yaradılmasında köməklik göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycanın Stadartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə birgə layihə çərçivəsində, Koreyanın Əqli Mülkiyyət Agenliyinin (Korean Intellectual Property Office) mütəxəssislərinin noyabr ayında Bakıya səfəri gözlənilir.

Çərşənbə günü agentlikdən verilən məlumata görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən dəstəklənən birgə layihə Bakıda əqli mülkiyyət üzrə tədris mərkəzinin yaradılmasına yönəlib. Mərkəz əqli mülkiyyət üzrə mütəxəssislər hazırlayacaq ki, dövlət agentliyi bu kimi mütəxəssislərin ölkədə az olduğunu bildirir.

Koreya mütəxəssislərinin səfəri zamanı layihənin detalları, maliyyə xərcləri, iş planı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti